image-2000x150px
image-970x50px
image-img_20210420_163741_528backend

“Access bank” deputatın qardaşının hesabından pul çıxdı – “Bu necə bank fəaliyyətidir?”

image-728x90px

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu “Access bank”dan şikayət edib.

“Doğru.az”-ın xəbərinə görə, Ş.Xuduoğlu bildirib ki, bank hesabından 64 AZN çıxıb.

O, bankdan göndərilən mesajı təqdim edib: “Hörmətli müştəri, 2020-2021 tarixlərində kartınız vasitəsilə xaricdə xidmətlərin alınmasından yaranan 64.32 AZN EDV borcu hesabınızdan silinəcək. “Access bank”dan belə bir mesaj aldım. Zəng etdim, dedilər ki, kartdan harasa köçürmə etmisiz, bəs onun vergisini tuturuq.

Mən dedim: vergi mal satana ödənilir,  yəni biz bir mal alanda onun qiymətinə vergi də daxildir. İki tərəfdən  niyə vergi tutulmalıdır?

Dedi: Qanun belə tələb edir.

Dedim: Hansı qanun? Niyə o qanun 2 ildən sonra işə düşüb?

İkincisi, mən niyə xaricdən aldığım mala görə, yaxud xaricə etdiyim ödənişə görə burda vergi ödəməliyəm?  Və bank niyə vergi yığır, bank faizi var, xidmət  haqqı alırsız, başqa vergiləri siz niyə silməlisiniz? Bu necə bank fəaliyyətidir? İndi istərdim başa düşəm, bu niyə belədir? Xaricə ödənişə görə niyə biz vergi ödəməliyik? Niyə bu işi bank etməlidir?”.

Qeyd: Ş.Xuduoğlu deputat Sabir Rüstəmxanlının qardaşıdır.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki