image-n1karobka_ads
image-123
image-e4d9fa0b-c503-3212-856a-572cf3ddb15d_850backend

ADA Universitetinin “Bakı dialoqları” jurnalının növbəti sayı yayımlandı – FOTO

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan “Baku Dialogues” jurnalının yaz buraxılışı işıq üzü görüb.

Yeni buraxılışda dövrümüzün siyasi, iqtisadi və geosiyasi reallıqlarını əhatə edən aktual mövzular yerli və xarici ekspertlərin analitik baxışları ilə təqdim olunub.

Baş məqalədə “Orta Dəhlizin Gələcəyinin Qurulması” mövzusunda Trans-Xəzər İnkişaf Bankının təsisi və regional maliyyə mexanizmləri müzakirə olunur. Jurnalda həmçinin beynəlxalq təhlükəsizliyə təhdid yaradan terrorizm və ekstremizm, vətəndaşsızlıq problemi, iqlim dəyişikliyinin həssas qruplara təsiri kimi qlobal mövzulara da geniş yer ayrılıb.

Nəşrdə ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayevin “Bir Səfirin Manifesti” kitabına dair təhlil də oxuculara təqdim olunur.

Jurnalın tam versiyası ilə bakudialogues.ada.edu.az saytında tanış olmaq mümkündür.

DOĞRU.AZ

image-img-20250520-wa0163

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki