image-n1karobka_ads
image-123
image-1737566880500169481_1200x630backend

ADA Universitetinin İxtisasartırma Proqramı Dövlət Vergi Xidməti üçün keçirdiyi təlimləri yekunlaşdırıb – FOTO

image-ad_qayo_720x110px

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşlarının bilik və bacarıqlarını təkmilləşdirmək, onların əmək fəaliyyətini dövrün yeni çağırışları ilə uzlaşdırmaq üçün təşkil etdiyi “Liderliyin İnkişafı Proqramı”nı yekunlaşdırıb.

Universitetdən Doğru.az-a bildirilib ki, bu münasibətlə ADA-da proqramın bağlanış mərasimi keçirilib, 86 iştirakçıya sertifikatları təqdim edilib.

Tədbirdə ADA Universitetindən Akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxış ediblər.

Dövlət Vergi Xidmətindən rəis müavinləri Emil Qarayev və İlkin Vəliyev, həmçinin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova fikirlərini bölüşüblər.

Çıxışçılar peşəkar mühitdə ortaya çıxan yeni tendensiyalar, idarəetmədə tətbiq edilən innovasiyalar və bunların fonunda təhsilin önəminə diqqət çəkiblər.

İctimai qurumların, xüsusilə də DVX-nin insan resurslarının inkişafına verdiyi önəm, mövcud idarəetmə sisteminin daim təkmilləşdirilməsi istiqamətində atdığı addımlar müsbət hal kimi qiymətləndirilib.

Tədbir zamanı DVX-nin rəisi Orxan Nəzərlinin videomüraciəti təqdim edilib. Müraciətdə proqramın Dövlət Vergi Xidmətinin fəaliyyətinin effektiv təşkilinə verdiyi faydaları sadalanıb.

Daha sonra proqram iştirakçıları qismində Elçin Bəylərov, Səbinə Mirzəyeva, Toğrul Quliyev və Elxan Quliyev təəssüratlarını bölüşərək proqramın insan kapitalının inkişafında yeni təcrübələr, səriştələr və müasir yanaşmalar aşıladığını vurğulayıblar.

Tədbir zamanı proqramı tədris edən təlimçilərdən ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov peşəkar kadr potensialının gücləndirilməsində müasir bacarıqların əhəmiyyətinə toxunaraq, bu bacarıqların ümumilikdə ölkənin iqtisadi inkişafına müsbət təsirindən bəhs ediblər.

Qeyd edək ki, ötən ildən etibarən həyata keçirilən proqram 5 modul üzrə dövlət və özəl sektoru təmsil edən onadək təcrübəli ekspertlər tərəfindən tədris edilib. Həmin modullar liderlik bacarıqlarının inkişafı, komandanın səmərəli idarə edilməsi, konstruktiv rəy vermə və rəy alma, strategiyanın planlaşdırılması və icrası, dəyişikliklərin idarə edilməsi kimi aktual mövzuları əhatə edib.

DOĞRU.AZ

image-17375668801605361217_1200x630 image-1737566880105676432_1200x630 image-17375668805500255663_1200x630 image-1737566880232149570_1200x630 image-1737566880113066712_1200x630 image-17375668802364635868_1200x630 image-17375668806446315623_1200x630 image-17375668803364020235_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki