“Şou-biznes dəyərdən düşüb. Dəyər deyilən bir şey yoxdur. Hörmət deyilən nəsə yoxdur. Hər dəfə hansısa bir verilişə baxanda məyus oluram, heyif deyirəm”.
Doğru.az “axsam.az”-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli “Mədəni şou” proqramında deyib. O, hazırda efirdə yayımlanan proqramları tənqid edib:
“Bizim vaxtilə etdiyimiz, hazırladığımız süjetlərə heyif. Qarşıma əyləşən müğənnini layiqincə tamaşaçıya təqdim edirdim. İndi nə vəziyyətdədir… İndi də onları edirəm, amma digərləri o qədər çoxdur ki, mənim etdiyim görünmür. Mən palaza bürünüb, elnən sürünməyi sevmirəm. Hamı kimi olmaq istəmirəm”.
DOĞRU.AZ




























