ABŞ prezidenti Co Bayden iyulun 22-də milli təhlükəsizlik rəsmiləri ilə virtual danışıb, Ağ Evin mətbuat fondundan jurnalistlər bildiriblər.
Belə ki, USA Today-in Ağ Ev müxbiri Coi Qarrison Bayden administrasiyasının rəsmisinə istinadən qeyd edib ki, dövlət başçısı öz müşaviri Ceyk Sallivanın iştirakı ilə daxili təhlükəsizlik və milli təhlükəsizlik məsələləri ilə bağlı brifinqlər keçirib.
Hər iki brifinq virtual olaraq keçirilib.
Amerikanın Fox News telekanalının aparıcıları daha əvvəl canlı efirdə ABŞ prezidenti Co Baydenin sağ olduğuna dair sübut təqdim etməyi xahiş etmişdilər.
Həkimi iyulun 21-də koronavirusa yoluxmuş Amerika prezidentinin vəziyyətinin xeyli yaxşılaşdığını bildirib.
Mənbə RİA Novosti