image-nerjbanner
image-ads_atlas
image-17102617994903916416_1200x630backend

Ağalı kəndində Yel çərşənbəsinin tonqalı qalanıb – FOTO

image-nerjbanner

İşğaldan azad olunan Zəngilanda həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Ağalı sakinləri artıq bayramları öz doğma kəndində qarşılayırlar. Bu gün isə sakinlər Ağalıda Yel çərşənbəsinin tonqalını alovlandırıblar.

AZƏRTAC xəbər verir ki, Ağalı kəndində Yel çərşənbəsi də yaddaqalan keçib. Yel çərşənbəsində keçəl və kosa uşaqlara əyləncəli anlar yaşadıb, öz boxçalarından onlara şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hədiyyə ediblər. Həmçinin yumurta döyüşdürüb, digər oyunlar oynayıblar.

Kəndin mərkəzində Yel çərşənbəsinin tonqalı alovlandırılıb, yallı və şən musiqi sədaları altında rəqslər olub.

Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Ağalıda 175 ailə olmaqla, 871 nəfərin məskunlaşması təmin olunub.

Həmin görüntüləri təqdim edirik:

DOĞRU.AZ

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki