image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-3backend

Ağcabədidə avtomobilin vurduğu piyada xəstəxanada öldü

image-728x90px

Ağcabədi rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Hadisə yanvarın 4-ü saat 12 radələrində rayonun Boyat kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini, 1966-cı il təvəllüdlü Cəfərov Yasir Rəhim oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada, 1958-ci il təvəllüdlü Əsgərov Bakir İslam oğlunu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən yanvarın 5-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Fakta bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki