image-n1karobka_ads
image-123
image-17638020394863244444_1200x630backend

Ağdamda elektrik təsərrüfatı yenidən qurulur

image-ad_qayo_720x110px

“Azərişıq” ASC Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ağdam rayonunda elektrik təsərrüfatını yenidən qurur. Rayonun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir, həmçinin şəhər ərazisində yeni güc mərkəzləri yaradılıb.

Doğru.az xəbər verir ki, Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə köç edən sakinlər üçün 0.4 kV-luq yeraltı xətlər və 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, üç kənddə 30 müasir tipli Transformator Məntəqəsi (TM) quraşdırılıb. Həmçinin yaşayış məntəqələri SMS tipli müasir sayğaclarla təchiz olunub.

Baş Qərvənd, Güllücə, Suma və Nəmirli kəndlərinə qədər 35 kV-luq kabel hava xətti çəkilib və Paylayıcı Qurğular (PQ) quraşdırılıb. Növbəti günlərdə Eyvazxanbəyli istiqamətində işlərə start veriləcək.

“Azərişıq” ASC ölkənin bütün regionlarında əsaslı təmir-bərpa və yenidənqurma işlərini davam etdirərək abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını və elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki