image-2000x150px
image-interpress_fed949c38055c93d0d6075864016c2c3_vtrx4hgwu6m9f08kl15i-640x336backend

Ağstafada çoxmənzilli yaşayış binalarında aparılan təmir-bərpa işləri davam etdirilir

image-728x90px

Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq tədbirləri çərçivəsində  o cümlədən coxmənzilli yaşayış binalarının təmiri işləri mərhələli şəkildə davam etdirilir.

Belə ki, hazırda Ağstafa şəhəri S.Vurğun küçəsi, 98 ünvanında yerləşən beş mərtəbəli çoxmənzilli yaşayış binasında aparılan təmir və ətrafda həyata keçirilən abadlıq-quruculuq işləri binanın fasad hissəsinin rənglənməsi ilə yekunlaşmaq üzrədir.

Həmçinin şəhərin Ş.Qurbanov küçəsi, 24 ünvanında yerləşən beş mərtəbəli çoxmənzilli yaşayış binasında suvaq və Soyuqbulaq qəsəbəsində yerləşən iki mərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün yenidən qurulması işlərinə başlanılmışdır.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki