image-n1karobka_ads
image-123
image-img-20250929-wa0013backend

Ağsuda narkotik satışı ilə məşğul olan şəxs tutulub – VİDEO

image-ad_qayo_720x110px

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı Tale Məmmədli saxlanılıb.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqla müəyyən edilmiş İran vətəndaşından satış məqsədilə əldə etdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə T. Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki