Avropa İttifaqı Belarusa qarşı sanksiyalar tətbiq edə bilər.
Doğru.az xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris LRT-yə verdiyi müsahibədə bildirib ki, Minskə qarşı məhdudiyyətlər Aİ Şurası tərəfindən qəbul edilmiş yeni meyarlar əsasında tətbiq oluna bilər.
Budris qeyd edib: “Növbəti mərhələ bu fəaliyyəti (hava şarlarının buraxılışı) təşkil edənlərə, onu asanlaşdıranlara və ya baş verməsi üçün şərait yaradanlara qarşı fərdi sanksiyalardır.”
Qeyd edək ki, daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Litvaya hava şarlarının qaçaqmalçılığında iştirak etmədiyini bildirmişdi.
DOĞRU.AZ




























