Avropa İttifaqı Gürcüstanla əlaqəni yaxşılaşdırmaq və Rusiyadan keçən xətlərdən asılılığı azaltmaq üçün Qara dəniz üzərindən dənizaltı internet kabeli çəkməyə çalışır.
Bu barədə Financial Times qəzetinin materialında deyilir.
Nəşrin istinad etdiyi Avropa Komissiyasının sənədində qeyd olunur ki, dəyəri 45 milyon avro və uzunluğu 1100 km olan kabel “Aİ-yə üzv dövlətləri Qara dənizin beynəlxalq suları vasitəsilə Qafqazla birləşdirəcək”.
Açıqlamada həmçinin bildirilir ki, internet kabel layihəsi regionun Rusiya Federasiyası ərazisindən tranzit keçən yerüstü fiber optik rabitədən asılılığını azaltmaq məqsədi daşıyır.
Mənbə: Gazeta.ru
Doğru.az