Avropa İttifaqı, blokun 2027-ci ilə qədər Rusiya enerjisindən mərhələli şəkildə imtina etməsinə baxmayaraq, bu il Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını kəskin şəkildə artırıb.
Bu barədə “Financial Times” “Global Witness” qeyri-kommersiya təşkilatının hesabatına istinadən yazır.
“Global Witness” qeyri-kommersiya təşkilatının analitiklərinin fikrincə, 2023-cü ilin yanvar-iyul aylarında Belçika və İspaniya Rusiyadan LNG idxalına görə Çindən sonra ikinci və üçüncü yeri tutublar.
Ümumilikdə, Rusiyadan Aİ-yə LNG idxalı Avropa sanksiyalarının tətbiqindən əvvəl 2021-ci ilin eyni dövrü ilə müqayisədə 40% artıb.
Bu artım eyni dövrdə Rusiyanın LNG idxalında cüzi qlobal artım fonunda 6% baş verib. Global Witness-in məlumatına görə, yanvar-iyul aylarında Aİ spot qiymətlərlə 5,29 milyard avro dəyərində Rusiya LNG idxal edib.
Global Witness təşkilatından Conatan Noronha-Qant deyib: “Aİ ölkələrinin Rusiya boru kəməri qazından yalnız onun mayeləşdirilmiş ekvivalenti ilə əvəz etmək üçün bu qədər səy göstərməsi şok edicidir”.
Mənbə: Bloomberg