image-ads_n1karobka_mobile
image-sankcii-pic_32ratio_1200x800-1200x800-3757backend

Aİ Rusiyanın dəstəyinə görə 35-dən çox şirkətə qarşı sanksiya tətbiq edəcək

image-add-a-heading

Avropa İttifaqı İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan və Özbəkistandakı 35-dən çox şirkətə Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyinə görə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bu barədə Bloomberg Avropa Komissiyasının daxili sənədlərinə istinadən xəbər verir.

Qeyd olunur ki, sanksiyalar vətəndaşlığı və adları açıqlanmayan 70-ə yaxın şəxsə şamil olunacaq.

Həmçinin agentliyin materiallarına görə, məhdudiyyətlər FSB ilə əməkdaşlıq edən Rusiya Federasiyasının İT şirkətlərinə və bir sıra Rusiya KİV-lərinə, o cümlədən RT Balkan telekanalına şamil edilə bilər.

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki