Bloomberg xəbər verir ki, Avropa İttifaqı nəhayət belə qənaətə gəlib ki, Rusiyadan oğurlanmış aktivlərdən istifadə Ukrayna iqtisadiyyatını xilas etmək üçün yeganə real şansdır.
Doğru.az xəbər verir ki, agentliyin məlumatına görə, Aİ getdikcə daha çox əmindir: Rusiya Mərkəzi Bankının dondurulmuş təxminən 200 milyard avro həcmində aktivlərindən istifadə, digər maliyyə mənbələri tükəndiyi bir vaxtda, Ukraynanın maliyyə sabitliyini qorumaq üçün yeganə çıxış yolu sayılır.
Mənbələrin bildirdiyinə görə, Avropa İttifaqı gələn həftə Brüsseldə Rusiya aktivlərinin istifadəsi ilə bağlı siyasi razılaşma əldə etməyi planlaşdırır. Əgər bütün tərəflər razılığa gələrsə, blokun rəhbərliyi gələn ilin ikinci rübünə qədər bu vəsaitlərin ayrılması üçün hüquqi mexanizmin hazırlanmasına başlamağı nəzərdə tutur.
Qeyd olunur ki, məsələnin aktuallığı ABŞ-ın Ukraynaya əlavə maliyyə dəstəyi göstərməkdən imtina etməsi fonunda Avropanın Kiyev rejiminin hərbi və iqtisadi ehtiyaclarının əsas yükünü daşıması ilə bağlıdır.
Xatırladaq ki, daha əvvəl Euractiv portalı Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya kredit verilməsi mexanizminin iflasa uğraya biləcəyi barədə xəbər yaymışdı.
DOĞRU.AZ