image-n1karobka_ads
image-123
image-european-union-eu-flag_93675-134381-pic_32ratio_900x600-900x600-87711backend

Aİ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək istəyir

image-ad_qayo_720x110px

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir və onların nəticələri uzunmüddətli olacaq.

Bu barədə Bloomberg Avropa Komissiyasının (AK) hesabatına istinadən yazır.

Sənəddə deyilir ki, sanksiyalar “Rusiyanın sənaye və texnoloji potensialını əhəmiyyətli dərəcədə pisləşdirib”. AK gələcəkdə bu nəticələrin artacağını proqnozlaşdırıb, çünki məhdudiyyətlər “Rusiya büdcəsinə, maliyyə bazarlarına struktur, uzunmüddətli təsir göstərir”. Həmçinin, məhdudiyyətlər Rusiya tərəfindən xarici sərmayənin cəlb edilməsinə, onun sənaye və texnoloji bazasına mənfi təsir göstərir, AK hesab edir.

Sənəddə xüsusi əməliyyat başlayandan sonra Avropa ilə Rusiya arasında ticarət dövriyyəsinin yarıdan çox azaldığı qeyd edilir. AK, Rusiya Federasiyasının istehsalında və orta və yüksək texnoloji səviyyəyə malik emal sənayesində illik itkilərin 13% -ə çata biləcəyini etiraf etdi. Avropa Komissiyası Rusiyada polad istehsalının ötən il əvvəlki illə müqayisədə 7% azaldığını, bu ilin sonuna isə bu rəqəmin daha 10% azala biləcəyini vurğulayıb.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki