TASS DPA agentliyinə istinadən xəbər verir ki, Avropa Komissiyası (AK) Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmanın qarşısını almaq üçün bəzi malların üçüncü ölkələrə ixracının məhdudlaşdırılması imkanlarını müzakirə etməyə Aİ üzv dövlətlərini dəvət edib.
Agentliyin diplomatik mənbələrindən verilən məlumata görə, mayın 5-də AK 11-ci anti-Rusiya sanksiyalar paketinin tərkib hissəsinə çevrilməli olan təklifini təqdim edib. Avropa Komissiyası Aİ-nin qadağan etdiyi malların Rusiyaya daxil olmasının qarşısını almaq üçün hüquqi mexanizm hazırlamağı planlaşdırır.
Əgər bu tədbirlər kifayət etməzsə, Avropa Komissiyası müəyyən malların, ilk növbədə ikili təyinatlı məhsulların – məsələn, gecə görmə cihazlarının tədarükünü məhdudlaşdıra bilər.
Mənbə: TASS
Doğru.az