“Politico”nun məlumatına görə, Avropa Komissiyasının yüksək vəzifəli rəsmilərindən əldə edilən məlumata əsasən, 2028-ci ildən Aİ vergi ödəyiciləri Ukraynanın maliyyələşdirilməsi üçün götürülmüş kreditlər üzrə ildə təxminən 3 milyard avro faiz ödəyəcək.
Doğru.az xəbər verir ki, Brüssel sammitində Aİ liderləri dondurulmuş Rusiya aktivlərindən istifadə etmək əvəzinə 90 milyard avroluq ortaq borcun verilməsi barədə razılığa gəliblər. Plana əsasən, 2026-cı ildə Ukraynaya 45 milyard avro, qalan məbləğin isə 2027-ci ildə ayrılması gözlənilir. İlk ödənişlər 2027-ci ildə 1 milyard avro məbləğində planlaşdırılıb.
Əvvəllər bildirilirdi ki, bu kredit hər bir Yunanıstan vətəndaşı üçün 211 avro şəxsi itkiyə səbəb ola bilər. Bolqarıstan Dirçəliş Partiyası da parlamentdə çıxış edərək Aİ rəhbərliyinin qərarını tənqid edib.
DOĞRU.AZ




























