Avrasiya İqtisadi Birliyi (AİB) ilə İndoneziya arasında azad ticarət haqqında müqavilə Sankt-Peterburqda keçirilən iclas zamanı imzalanıb.
Doğru.az xəbər verir ki, bu saziş tərəflər arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, Rusiyanın Baş naziri Mixail Mişustin bir müddət əvvəl Avrasiya İqtisadi Birliyi ilə İndoneziya arasında azad ticarət sazişi üzrə danışıqların artıq son mərhələyə çatdığını bildirmişdi.
DOĞRU.AZ




























