image-n1karobka_ads
image-123
image-2014-09-30t120000z_2028097179_gm1ea9u1to701_rtrmadp_3_ukraine-energy-pic_32ratio_900x600-900x600-20667backend

AK Rusiya qazının Ukrayna ərazisindən nəqlini dayandırmaq üçün çalışır

image-ad_qayo_720x110px

Avropa Komissiyası Rusiya qazının Ukrayna üzərindən nəqlini tamamilə dayandırmaq üçün intensiv işləyir.

Bu barədə AK nümayəndəsi Tim Makfi fevralın 28-də Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hazırda Aİ Ukraynanın qaz nəqli sistemi vasitəsilə ildə təxminən 15 milyard kubmetr Rusiya qazı alır. Bu həcm Avstriya, Slovakiya, Çexiya arasında bölüşdürülür və kiçik bir hissəsi İtaliyaya gedir.

“Avropa Komissiyası bu ölkələrin lazımi qaz təchizatına malik olmasını təmin etmək üçün onlarla sıx əməkdaşlıq edir. Məsələ burasındadır ki, bu ölkələr qazı digər qaz kəmərləri, eləcə də mayeləşdirilmiş təbii qaz vasitəsilə qəbul edə bilər və biz bunun mümkün olduğuna əminik”, – Makfi vurğulayıb.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki