image-2000x150px
image-123
image-ads_atlas
Akademik Ziya Bünyadovun bu gün ildönümüdürbackend

Akademik Ziya Bünyadovun bu gün ildönümüdür

image-728x90px

Doğru.az xəbər verir ki, bu gün Azərbaycanın görkəmli elm və ictimai-siyasi xadimi, şərqşunas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi, akademik Ziya Bünyadovun bu gün ildönümüdür.

Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam edib. İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçirib. 1945-ci il 27 fevralda ona Sovet İttifaqı Qəhramanı adı verilib.

Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib. Ziya Bünyadov 1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib Azərbaycana qayıdıb.

Həmin ildə o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biridir. Z.Bünyadov alban tarixçisi M.Qoşun “Alban xronikası” əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin “Abidələr’in xülasısi və qüdrətli hökmüdarın möcüzələri” 1971-ci ildə və Nəsəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973-cü ildə Ərəb dilindən rus dilinə tərcümə edib.

1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsirlər tarixi” şöbəsinin rəhbəri olub. Elə həmin ildə o, tarix elimləri doktoru elmi dərəcəsi və 1965-ci ildə isə professor adına layiq görülüb. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

1981-ci ildən isə Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixcilərin yalançı iddialarını faktlarla ifşa edib.

Ziya Bünyadov SSRİ-nin Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilib.

1997-ci il fevral ayının 21-də cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.


Ziya Bünyadov özü haqqında

Ziya Bünyadov özü haqqında dediklərindən: “Atam azərbaycanlı, anam rusdur… Mənim əsl adım Ziyavuddin, atam – şeyx Musa, babam – şeyx Məsum, atamın babası – şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm…Mənim soyadım 15-ci ulu babamın adından yaranıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki