image-n1karobka_ads
image-123
image-azedu-az_5637b65b-6d45-34f4-8249-594f59153dd2_850_643backend

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

image-ad_qayo_720x110px

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Doğru.az-a bildirilib ki, bu gün saat 09:30-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 78514 abituriyent ərizəsini təsdiq edib.

1762 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.

İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki