image-n1karobka_ads
image-123
image-68b615e1ae5ac927ce7e86d3backend

Alimlər: Günəş plazması buludu Yerə çata bilər

image-ad_qayo_720x110px

Rusiya alimləri güclü alışma nəticəsində formalaşan günəş plazması buludunun Yerə yaxınlaşdığını açıqlayıblar.

Doğru.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri plazmanın bir saat ərzində maqnit qasırğasına səbəb ola biləcəyini bildiriblər.

Məlumat laboratoriyanın Telegram kanalında paylaşılıb. Qeyd olunub ki, “əgər plazma Yerə çatsa, bir saat ərzində qütb şüaları və tufanlar müşahidə olunacaq”.

Xatırladaq ki, alimlər daha əvvəl sentyabrın 2-də maqnit qasırğasının pik həddə çatacağını proqnozlaşdırmışdılar. Avqustun 30-da isə Günəşdə enerji hasilatında kəskin sıçrayış qeydə alınmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki