image-ads_n1karobka_mobile
image-0ca42d40-babb-4211-b7a0-9775d2f8bff6_850backend

Alimlər Mərkəzi Antarktidada rekord yüksək temperatur qeydə alıblar

Arktika və Antarktika Tədqiqat İnstitutunun alimləri Mərkəzi Antarktidada müntəzəm müşahidələrin bütün tarixində ən yüksək qış temperaturunu qeydə alıblar.

Doğru.az xəbər verir ki, bu barədə institutun saytında məlumat verilir .

Alimlərin fikrincə, avqustun 6-da “Vostok” stansiyasında temperatur -32,4 °C-ə çatıb.

“Mərkəzi Antarktidada iyul və avqust ayları ilin ən soyuq aylarıdır. Şərqdə orta uzunmüddətli temperatur iyulda -66,6°C, avqustda -67,6°C təşkil edir”, – materialda izah edilir.

Bir il əvvəl bu gündə havanın temperaturu -82,3°C olduğu dəqiqləşdirilir.

İnstitut qeyd edib ki, artıq avqustun 7-də “Vostok” stansiyasında temperatur -48,8°C-ə düşüb.

Daha əvvəl VNIIOkeangeologiya şirkətinin baş direktorunun müavini German Leyçenkov bildirmişdi ki, rus alimləri Antarktidada təxminən 1 milyard il yaşı olan süxur əldə etmişlər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki