image-n1karobka_ads
image-123
image-gettyimages-1610625609-pic_32ratio_1200x800-1200x800-69748backend

Alman klubu Fələstinə azarkeşlik edən futbolçu ilə müqaviləyə xitam verəcək

image-ad_qayo_720x110px

Almaniyanın “Maynts” klubu komandanın hollandiyalı cinah oyunçusu Ənvər Əl Qazi ilə müqaviləni İsraillə münaqişədə Fələstinə dəstək yazısına görə ləğv edəcək.

Bu barədə BBC məlumat yayıb.

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Əl-Qazi sosial şəbəkələrdə Fələstinə dəstək yazısı dərc edib. Bundan sonra futbolçu nəşrini silsə də, komanda ilə məşqdən uzaqlaşdırılıb. Mənbənin sözlərinə görə, Mayns futbolçunun üzr istəməsini istəyib, lakin o, rəhbərlikə sülh və insanlıq tərəfdarı olduğunu bildirib. Bildirilir ki, oktyabrın 27-də cinah oyunçusuna əməkdaşlığa son qoyulması barədə artıq məlumat verilib.

Əl Qazi 2023-cü ilin sentyabrından “Maynts”da çıxış edir. Onun son klubu PSV olub. O, əvvəllər İngiltərədə “Everton” və “Aston Villa”, Fransada “Lill” və Hollandiyada “Ayaks”da çıxış edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki