Almaniya hökuməti Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Almaniya kansleri Fridrix Merzin qaçırılması ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Doğru.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsünün müavini Sebastian Hille “Tagesspiegel” qəzetinə açıqlamasında bu cür bəyanatların qətiyyətlə pisləndiyini bildirib. Onun sözlərinə görə, Almaniya hakimiyyəti bu tip təhdidləri ən sərt şəkildə qəbuledilməz hesab edir.
Qeyd edək ki, Dmitri Medvedev daha əvvəl Fridrix Merts Venesuela prezidenti Nikolas Maduronun ssenarisinə uyğun şəkildə qaçırılsa, ona heç bir təhlükə olmayacağını iddia etmişdi.
Bu arada Almaniya kansleri ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatla bağlı suala cavab verməkdən yayınaraq, amerikalıların addımlarının hüquqi qiymətləndirilməsinin “mürəkkəb məsələ” olduğunu deyib.
DOĞRU.AZ




























