Almaniya şəhərlərinin büdcə kəsiri ilin sonuna qədər 30 milyard avroya çatmaq təhlükəsi ilə üzləşib.
Doğru.az xəbər verir ki, Bild qəzetinin yazdığına görə, bu, demək olar ki, hər bir bələdiyyəni iflas astanasına qoyub və hakimiyyət sosial xərcləri azaltmağa hazırlaşır.
Nəşr qeyd edir ki, sənaye böhranı nəticəsində vergi gəlirləri azalsa da, xərclər artır və buna görə də Essen meri Tomas Kufenin sözlərinə görə, Almaniyanın faktiki olaraq hər bir şəhəri indi iflas təhlükəsi ilə üz-üzədir.
“Üzgüçülük hovuzlarının, gənclər klublarının, muzeylərin maliyyələşdirilməsi… bütün bunlar müzakirə mövzusuna çevriləcək. Bu, pis dövrədir, çünki vətəndaşlar öz qapılarında yoxsulluğu görəcəklər”, – məqalə müəllifləri vurğulayıb.
Bundan əvvəl Bundestaqdakı AfD parlament qrupunun sədr müavini Stefan Keuter RT-yə müsahibəsində Rusiya neft və qazına qayıtmağa və nüvə enerjisinə daha çox sərmayə qoymağa çağırmışdı.
DOĞRU.AZ




























