Almaniyanın qərbində yerləşən Erkrath şəhərində naməlum şəxslər elektrik yarımstansiyasını yandırmağa cəhd ediblər.
Doğru.az xəbər verir ki, WDR televiziya kanalı bu barədə prokurorluğun nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilir ki, hadisəyə görə məsuliyyəti “Kommando Angry Birds” adlı qrup öz üzərinə götürüb.
İlkin məlumatlara əsasən, cinayətkarlar sənaye zonasında fəaliyyətin pozulmasını planlaşdırıblar. Yanğını törətmək üçün pirotexniki vasitələrdən və təxminən doqquz litr yandırıcı qarışıqdan istifadə edildiyi qeyd olunur.
Qrupun etiraf məktubu açıq solçu platformada dərc edilib.
Düsseldorf Dövlət Təhlükəsizlik Xidmətinin müstəntiqləri bildiriblər ki, əgər cəhd uğurlu olsaydı, bu, genişmiqyaslı elektrik kəsintisinə səbəb ola bilərdi.
Xatırladaq ki, yanvarın 4-də Berlində kabel körpüsündə baş verən yanğın nəticəsində 50 minə yaxın ev elektriksiz qalmışdı. Həmin hadisəyə görə məsuliyyəti solçu radikal “Vulcan” qrupu öz üzərinə götürmüşdü.
DOĞRU.AZ




























