Altay diyarının Çemalski rayonunda turistləri daşıyan yük maşınının aşması nəticəsində 4 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə İstintaq Komitəsi məlumat yayıb.
Altay Respublikasında Karakol göllərinə gedən yolda arxada 15 turistin olduğu yük maşını aşıb. İlkin məlumata görə, sürücü “QAZ-66” markalı yük avtomobilini idarə edərkən idarəetməni itirib və avtomobil aşıb, 3 sərnişin və sürücü xəsarət alıb, 1 nəfər ölüb.
Hadisənin istintaqa qədərki yoxlamasını RF İstintaq Komitəsinin Altay Respublikası üzrə İstintaq Komitəsi aparır.
Mənbə: Sputnik