İndiana ştatından ABŞ Senatına Respublikaçılar Partiyasından namizəd Con Rust ABŞ-ın borc tavanının artırılmasına qarşı çıxıb.
Onun sözlərinə görə, ABŞ qanunvericiləri ABŞ siyasi isteblişmentinin tələblərini yerinə yetirməkdənsə, federal xərclərin artımını cilovlamaq üçün daha çox iş görməlidirlər.
“Daha çox borc əlavə edə bilməzsiniz. Respublikaçılar və Konqres borc tavanını yüksəltmək üçün həqiqətən demokratlarla işləyir”, – Rust bildirib.
Bundan əvvəl “Prime” agentliyi ABŞ Xəzinədarlığının məlumatlarına istinadən xəbər verirdi ki, Rusiyanın Amerika dövlət istiqrazları portfeli 2023-cü ilin sonuna kimi 30 milyon dollara yüksəlib.
Mənbə: CNN Türk