Andrey Stenin adına X Beynəlxalq Fotojurnalistika Müsabiqəsinin təşkilat komitəsi sentyabrın 3-də Rusiya Müasir Tarix Dövlət Muzeyində keçiriləcək mərasimdə qısa siyahıya düşən iştirakçıların mükafatlarını elan edəcək.
Müsabiqədə 36 ölkədən nümayəndələr iştirak edib və beynəlxalq münsiflər heyəti təqdim olunan 2 mindən çox əsər arasından ən yaxşıları seçib.
Müsabiqə qaliblərinin fotoşəkillərindən ibarət sərgi sentyabrın sonuna qədər Rusiya Müasir Tarix Dövlət Muzeyində nümayiş etdiriləcək.
Həmçinin qeyd olunur ki, mərasim müsabiqə laureatlarının fotoşəkillərindən ibarət sərgi turunun başlanğıcı olacaq – beynəlxalq rodşou artıq Efiopiya, Serbiya və Argentinadakı qalereya məkanlarında dayanacaqları planlaşdırıb.
YUNESKO üzrə Rusiya Komissiyasının himayəsi altında “Rossiya Seqodnya” media qrupu tərəfindən təşkil edilən Andrey Stenin Beynəlxalq Fotojurnalistika Müsabiqəsi gənc fotoqraflara dəstək olmaq və ictimaiyyətin diqqətini müasir fotojurnalistikanın çağırışlarına cəlb etmək məqsədi daşıyır.
Bundan əvvəl suriyalı jurnalist Kərəm Əl-Masrinin “Sonsuz faciə” fotosu Andrey Stenin adına Beynəlxalq Fotojurnalistika Müsabiqəsində onlayn səsvermənin lideri olub.
Mənbə RİA Novosti