image-n1karobka_ads
image-123
image-img-20251014-wa0086backend

AQEM ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsi açılıb – FOTO

image-ad_qayo_720x110px

Oktyabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri onlayn formatda keçirilib.

Doğru.az xəbər verir ki, Azərbaycanın AQEM sədrliyi çərçivəsində təşkil olunan tədbirdə üzv dövlətlərin turizm və iqtisadiyyat sahələrinə məsul dövlət qurumlarının nümayəndələri, həmçinin ictimai və özəl sektor təmsilçiləri iştirak ediblər.

Açılış nitqlərində Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev, Şri-Lanka Xarici İşlər Nazirliyinin Xaricdə Məşğulluq və Turizm üzrə İnkişaf direktoru W.M.A.S. Vikramasinghe və AQEM Katibliyinin baş katibinin müavini Fərid Dəmirli çıxış edərək turizmin dayanıqlı inkişafında dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqi, regional əməkdaşlığın gücləndirilməsi və üzv dövlətlər arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirin birinci sessiyası “Dairəvi İqtisadiyyat və Turizm – Dayanıqlı İnkişaf üçün Çərçivə”, ikinci sessiyası isə “Əsas çətinliklər və siyasət tədbirləri” mövzularına həsr olunub. Sessiyalarda dairəvi turizmin praktik tətbiqləri, resurs səmərəliliyi və yerli icmaların turizmdə iştirakı müzakirə edilib.

Tədbirin yekununda layihənin AQEM üzv dövlətləri arasında dairəvi və yaşıl turizmin inkişafına dəstək, bilik və təcrübə mübadiləsi, eləcə də regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma yaratdığı qeyd olunub.

Layihənin növbəti mərhələsində 2026-cı ildə Bakı şəhərində beynəlxalq konfrans keçirilməsi, layihənin nəticələrinin təqdim olunması və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi planlaşdırılır.

DOĞRU.AZ

image-img-20251014-wa0088 image-img-20251014-wa0087 image-img-20251014-wa0089 image-img-20251014-wa0090

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki