image-n1karobka_ads
image-123
image-17167252116248663550_1200x630backend

Aramsız yağışlar Qazaxda çaylarda selə səbəb oldu – FOTO

Son günlər yağan yağışlardan sonra Qazaxda Ağstafaçay və Coğazçayı, eyni zamanda, Kür çayı daşıb. Təbii fəlakət bəzi fəsadlar törədib. Torpaq sahələri və kafelər suyun altında qalıb.

AZƏRTAC xəbər verir ki, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafaçayın daşması nəticəsində mal bazarı və yaxınlıqdakı obyektlərin, avtomobil təmiri sexləri və bəzi tikililərin ərazisini su basıb. Rayonunun İkinci Şıxlı kəndi ərazisində də sel müşahidə edilir.

Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun altında qalıb. Hazırda təbii fəlakətin qarşısının alınması istiqamətində işlər görülür, əraziyə texnikalar cəlb olunub. Hələ ki yaşayış evlərinə suyun dolması barədə məlumat daxil olmayıb. Qazax rayon fövqəladə hallar komissiyasından bildirilib ki, selin qarşısının alınması üçün işlər davam etdirilir.

Təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşir. Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

DOĞRU.AZ

image-1716725211198661307_1200x630 image-17167252111760052566_1200x630 image-17167252115724364818_1200x630 image-17167252115448749859_1200x630 image-17167252113225722916_1200x630 image-1716725211524749927_1200x630image-17167252111264134448_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki