Dekabrın 19-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.
Doğru.az xəbər verir ki, iclası Baş nazir və ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədov açıb. Gündəliyə Fondun 2026-cı il büdcə layihəsinin proqnoz göstəriciləri, gəlirləri, vəsaitin istifadəsi, investisiya siyasəti, portfelin valyuta tərkibi və gəlirliliyi, eləcə də digər cari məsələlər daxil olub.
İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədov məruzə edib. Yekunda Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla büdcə layihəsinin Prezidentə təqdim olunması barədə qərar qəbul edilib.
DOĞRU.AZ





























