image-2000x150px
image-1086893backend

Argentina üzərində qələbəyə görə inanılmaz mükafat

image-728x90px

Qətərdə keçirilən dünya çempionatında Argentina üzərində qələbə qazanan Səudiyyə Ərəbistanı millisinin bütün futbolçuları külli miqdarda mükafat alıb.

Bu barədə məşhur futbol agenti Timur Qurtskaya məlumat yayıb.

Onun sözlərinə görə, hər futbolçuya 2,5 milyon avro mükafat verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi sensasiyalı şəkildə DÇ-2022-nin favoritlərindən sayılan Argentina yığmasını 2:1 hesabı ilə məğlub edib. Qələbədən sonra Səudiyyə Ərəbistanında bütün işçilər, tələbələr üçün bayram tətili elan edilib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki