ABŞ-ın Arizonə ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri Bazası atışma xəbərləri səbəbindən müvəqqəti fəaliyyətini dayandırıb.
Doğru.az xəbər verir ki, qarnizonun sosial media səhifəsində baza heyətinə yerində sığınmaq və təcili yardım xidmətlərinin göstərişlərinə əməl etmək əmri verildiyi bildirilib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Daha əvvəl Braun Universitetində baş verən atışmada şübhəlinin ölü tapıldığı açıqlanmışdı.
DOĞRU.AZ




























