image-2000x150px
image-ldyimedvedi-1024x768backend

Arktikadakı buzların əriməsinə səbəb biz deyilmişik – FOTO

image-728x90px

20-ci əsrin sonunda Arktikada havanın temperaturunun kəskin artmasının səbəbi insan fəaliyyəti deyil, güclü zəlzələlər olub.

Bu barədə rusiyalı alimlər fərziyə irəli sürüblər.

Alimlərin fikrincə, 1970-ci illərin sonunda Arktikada kəskin istiləşməyə səbəb məhz fəlakətli zəlzələlər olub.

Tədqiqatın rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Leopold Lobkovskinin sözlərinə görə, bu fərziyyəni əsaslandırmaq üçün Arktikada istiləşmənin başlaması ilə Arktika şelfinə ən yaxın olan Aleut subduksiya zonasındakı (litosfer plitələrinin sərhədindəki zona) ən güclü zəlzələlər arasında məkan-zaman korrelyasiyası araşdırılmalı idi. Məlum olub ki, belə bir korrelyasiya mövcuddur, lakin təxminən 20 il vaxt dəyişikliyi ilə.

Tarixi məlumatlar göstərir ki, Aleut qövsündəki ən güclü zəlzələlər ötən əsrin ortalarında, 1957-1965-ci illərdə kifayət qədər dar bir zaman intervalında baş verib. İldə təqribən 100 kilometr sürətlə hərəkət edən “deformasiyaedici” tektonik dalğalar isə Aleut qövsü ilə Arktika şelfi arasında təxminən iki min kilometr məsafəni elə 20 il ərzində qət edə bilərdi.

Bənzər bir seysmogen-tətikləyici mexanizm Antarktida üçün də işləyir. Antarktidada temperaturun xüsusilə nəzərəçarpacaq dərəcədə artması son onilliklərdə buz laylarının məhvinin kəskin intensivləşməsi fonunda qeydə alınıb.

Əsərin müəllifləri qeyd edirlər ki, onların təklif etdikləri seysmogen-tətikləyici mexanizm Yerin qütb bölgələrinin planetimizin əsas hissəsinə nisbətən daha tez qızmasını izah etməyə imkan verir.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ