image-n1karobka_ads
image-123
image-17568892822453965502_1200x630backend

ASAN könüllülüyünə qeydiyyat davam edir

image-ad_qayo_720x110px

15-26 yaşarası gənclər ASAN könüllüsü olmaq üçün portal.asanvolunteers.az saytında təhsil səviyyəsindən asılı olmayaraq rahat, təhlükəsiz və sürətli şəkildə qeydiyyatdan keçə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, ASAN könüllüləri fəaliyyət müddəti ərzində “ASAN xidmət” mərkəzlərinin daha operativ şəkildə fəaliyyət göstərməsinə, vətəndaş axınının idarə olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə dəstək göstərirlər. Eyni zamanda, könüllülük onların biliklərini fərqli sahələrdə tətbiq etmələrində, real mühitdə təcrübə qazanmalarında əvəzsiz rol oynayır. Fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir ki, bu da onların karyera həyatına uğurlu bir keçid fürsəti olur.

“ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu prosesə 43 minə yaxın könüllü gənc qoşulub. Könüllülər tərəfindən 8 mindən çox təlim, 900-dən çox yerli və beynəlxalq layihə keçirilib. 3 min 500-dən çox könüllü isə “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki