image-n1karobka_ads
image-123
image-c10e8a54-7b89-4800-8bc6-69887a08e97cbackend

ASAN xidmət” təcrübəsi İslam İnkişaf Bankına üzv ölkələrdə

image-ad_qayo_720x110px

1 mart 2023-cü il tarixində İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə keçirilən görüş çərçivəsində “ASAN xidmət” təcrübəsinin Mərkəzi Asiya ölkələrində tətbiqi istiqamətində İİB ilə davam edən uğurlu əməkdaşlıq üzrə müzakirələr aparılıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam İnkişaf Bankı arasında “Azərbaycan Respublikasının “ASAN xidmət” təcrübəsindən faydalanaraq, İslam İnkişaf Bankına üzv ölkələrdə dövlət xidmətləri göstərilməsinin gücləndirilməsinə dair əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi “ASAN xidmət” təcrübəsini tətbiq etmək istəyən İslam İnkişaf Bankına üzv ölkələrə dəstək olmaqdır. Belə ki, müvafiq ölkələrin bu istiqamətdə maliyyə xərcləri məhz İslam İnkişaf Bankı tərəfindən qarşılanacaqdır.

Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin fəaliyyəti, Səyyar ASAN xidmət avtobusu ilə də yerində tanış olub

DOĞRU.AZ

image-1f39ea8d-6ba6-466c-9519-391681ae9b0f image-6dae1641-bd12-43d6-abd3-21bc0bb350c2 image-7a575cc6-1cd3-4019-a0c7-4711d40290d4 image-7d7d9dcd-7880-4d76-8936-eb76d9ecd1c9 image-53e428e6-8b58-4800-ae14-11ee45f1fc91 image-cdd1d538-a2a2-48c5-ae91-8f65f583b46d image-dabb0ff3-76fb-41c0-a50b-88fa81ef4c94-1 image-dabb0ff3-76fb-41c0-a50b-88fa81ef4c94 image-de2c02fd-f44d-4510-b367-e72da6be1376

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki