image-n1karobka_ads
image-123
image-17195839573983316790_1200x630backend

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava ADA Universitetində olub – FOTO

Azərbaycana səfərə gəlmiş Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava iyunun 28-də ADA Universitetində olub.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Asiya İnkişaf Bankının rəhbərinin bu ali təhsil müəssisəsində olmasının böyük şərəf olduğunu bildirib.

Bankın prezidenti Masatsuqu Asakava tələbələrlə görüşün əhəmiyyətini qeyd edərək onlara əriməkdə olan buzlaqlarla bağlı videoçarxı nümayiş etdirib. O, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə böyük tədbirlər həyata keçirdiyini vurğulayıb. Bankın prezidenti, eyni zamanda, bu problemə qarşı tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.

Masatsuqu Asakava ölkəmizdə keçiriləcək COP29-un bu mübarizə ilə bağlı ən gözəl nümunə olduğunu qeyd edib.

“Beynəlxalq təşkilatlar da COP29-un Azərbaycanda keçirilməsini ölkənin bu məsələyə böyük töhfəsi kimi dəyərləndirirlər. Ötən il Dubayda COP-la bağlı verdiyim dəstəyi bu il Azərbaycanda edirəm” – deyə Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava bildirib.

Sonda görüş iştirakçıları ilə xatirə fotosu çəkilib.

DOĞRU.AZimage-17195839573789324158_1200x630 image-17195839572100012408_1200x630 image-17195839578453675_1200x630 image-17195839572879632592_1200x630 image-17195839573388517566_1200x630 image-17195839576444122348_1200x630 image-1719583957858036482_1200x630 image-17195839574783614409_1200x630 image-1719583957344336483_1200x630

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki