image-n1karobka_ads
image-123
image-fotojet-31backend

Astarada avtomobil ağaca çırpıldı: Ölən var

image-ad_qayo_720x110px

Astarada baş verən yol qəzasında 18 yaşlı gənc ölüb.

Hadisə şəhərin H.Əliyev prospektində baş verib.

Rayonun Ərçivan qəsəbə sakini, 2003-cü il təvəllüdlü İmaməli Arif oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü yüngül xəsarət alıb, sərnişin, 2004-cü il təvəllüdlü İmaməli İsmayıl oğlu Hüseynov isə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, qəzaya səbəb yağışlı havada sürət həddinin düzgün seçilməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki