image-n1karobka_ads
image-123
image-17486123853404342687_1200x630backend

Astarada Elm və Təhsil Nazirinin vətəndaş qəbulu – FOTO

Mayın 30-da elm və təhsil naziri Emin Əmrullayev Astara şəhərində vətəndaşları qəbul edib.

Nazirlikdən Doğru.az-a bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, direktorların işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

DOĞRU.AZ

image-17486123852710244728_1200x630 image-1748612385722753934_1200x630 image-17486123853739221475_1200x630 image-17486123855342164467_1200x630 image-174861238537590343_1200x630 image-1748612385543446985_1200x630 image-17486123854965364412_1200x630 image-17486123856502418644_1200x630 image-17486123856081352896_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki