image-n1karobka_ads
image-123
image-1748241250__20250526_103000backend

Atatürk Liseyində ibtidai sinif məzunları sevincli anlar yaşadı – FOTO

Bu günlər 4-cü sinif şagirdləri üçün unudulmaz anlarla yadda qalır. İbtidai sinfi uğurla başa vuran məktəblilər yeni – əsas təhsil mərhələsinə qədəm qoyurlar. Onlar oxumağı, yazmağı, birlikdə çalışmağı və dostluğun dəyərini öyrəndikləri bu illəri geridə qoyaraq yeni bilik zirvələrinə doğru yola çıxırlar.

Belə mənalı və duyğulu anlar Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində də yaşanıb. Liseydən Doğru.az-a verilən məlumata görə, 4-cü sinif şagirdlərinin ibtidai təhsili başa vurması münasibətilə təntənəli mərasim təşkil olunub.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra çıxış edən lisey rəhbərliyi şagirdləri təbrik edərək qeyd edib ki, bu illər ərzində onlar müəllimlərinin zəhməti və diqqəti sayəsində mühüm bilik və bacarıqlarla silahlanıblar. “Gələcəyə inamla baxan bu uşaqların hər birinin gözlərində sevinc və bir az da həyəcan oxunur”, – deyə qeyd olunub.

Tədbirdə şagirdlər hazırladıqları maraqlı çıxışlarla yadda qalıblar. Onlar səhnəciklər, rəngarəng rəqs nömrələri, nəğmələr və şeirlərlə özlərini nümayiş etdiriblər. Proqramda Zeybek rəqsi, vals, ingilis dilində mini tamaşa, Türk dünyası bayraqlarının səhnəyə gətirilməsi kimi təqdimatlar xüsusilə maraqla qarşılanıb.

Sonda şagirdlərə ibtidai təhsil pilləsini başa vurmaları ilə bağlı sənədlər təqdim olunub, məzun andı içilib və məzun mahnısı səsləndirilib.

DOĞRU.AZ

image-1748241224__20250526_103018 image-1748241199__20250526_103036 image-1748241237__20250526_103053

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki