image-n1karobka_ads
image-123
image-68dd33aaae5ac94d7a7f8137backend

Avropa Bankı Ukraynaya qaz alışı üçün 300 milyon avro kredit verəcək

image-ad_qayo_720x110px

Avropa İnvestisiya Bankı (AİB) Ukraynanın “Naftoqaz” şirkətinə qaz alışı üçün 300 milyon avro kredit verəcək.

Doğru.az xəbər verir ki, şirkətin mətbuat xidməti bu vəsaitin qarşıdan gələn qış mövsümündə uzunmüddətli yanacaq ehtiyatlarının yaradılması və əhalinin qazla dayanıqlı təminatı üçün istifadə olunacağını açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl Ali Radanın deputatı Dmitri Razumkov “Politeka Online” YouTube kanalına müsahibəsində Ukraynanın korrupsiya sxemləri səbəbindən bu qış yanacaqsız qala biləcəyini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki