image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210415_233859_734backend

Avropa Çempionatına bu güləşçilər gedəcək

image-728x90px

Aprelin 19-da Polşanın paytaxtı Varşavada start götürəcək Avropa çempionatı üçün Azərbaycanın sərbəst güləş üzrə milli komandasının heyəti açıqlanıb

Doğru.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında qitə birinciliyində Əfqan Xaşalov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Şamil Zubairov (97 kq) mübarizə aparacaq. Aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və rəqiblər müəyyənləşəcək. Növbəti gün 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da mübarizəyə start veriləcək. Digər çəkilərdə çıxış edən sərbəst güləşçilər isə ayın 20-də xalça üzərinə çıxacaq. Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.

Qeyd edək ki, sərbəst güləş yığması Varşavaya aprelin 16-da yollanacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki