image-n1karobka_ads
image-123
image-693baa10ae5ac9578b21ae02backend

Avropa Komissiyası 150 milyard avro dəyərində ikinci hərbi kredit proqramı hazırlayır

image-ad_qayo_720x110px

Avropa Komissiyası 150 milyard avroluq SAFE hərbi proqramının ikinci mərhələsinin başlamasını qiymətləndirir.

Doğru.az xəbər verir ki, bu barədə Reuters agentliyi Avropa Komissiyasındakı mənbələrə istinadən məlumat yayıb. Qərar layihənin birinci mərhələsində Aİ üzv dövlətləri arasında yüksək səviyyəli aktivliyin müşahidə olunması ilə bağlıdır.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen maliyyələşdirmə üçün müraciətlərin sayının çox olduğunu təsdiqləyib və bildirib ki, bir neçə ölkə proqramın davam etdirilməsi üçün təşəbbüslə çıxış edib.

SAFE təşəbbüsü 2025-ci ildə Aİ ölkələri tərəfindən silah istehsalı və tədarükünün birgə maliyyələşdirilməsi məqsədilə yaradılıb. Proqramın ikinci mərhələsinin miqyasının birinci mərhələ ilə müqayisə edilə biləcəyi gözlənilir.

Reuters agentliyi əvvəllər Avropa Birliyinin Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulması planlarını açıqlamış, bununla da hər altı aydan bir səsverməyə ehtiyacın aradan qaldırıldığı bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki