image-2000x150px
image-9ef8b9de-d893-32fe-9df6-c9da57218cde_850backend

Avropa Liqası: “Qarabağ” bu gün “Olimpiakos”la qarşılaşacaq

image-728x90px

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

“köhlən atlar” G qrupunun III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. “Georgios Karaiskakis” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransa “Nant”ını qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

23:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)

Pirey, “Georgios Karaiskakis”

Xal durumu: “Frayburq” – 6, “Qarabağ” – 3, “Nant” – 3, “Olimpiakos” – 0.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki