image-n1karobka_ads
image-123
image-sun-pic_32ratio_900x600-900x600-86364backend

Avropada elektrik enerjisinin qiymətləri sıfırdan aşağı düşüb

image-ad_qayo_720x110px

Avropada elektrik enerjisinin qiyməti iyulun 4-də günəş enerjisi istehsalının kəskin artması səbəbindən sıfırdan aşağı düşüb.

Bu barədə Bloomberg agentliyi Epex Spot SE birjasının məlumatlarına istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Almaniyada elektrik enerjisinin qiyməti yerli vaxtla saat 13:00-15:00 arasında mənfi həddə çatıb. Artıq iyulun 5-də Almaniyada, eləcə də Danimarka və Hollandiyada yenidən hərracda qiymətlər sıfırdan aşağı düşəcək.

Bloomberg hesab edirdi ki, bu cür qiymət enişi Avropa regionunda tədricən adi hala çevrilir, çünki son vaxtlar bir çox günəş fermaları tikilib. Bunlar da öz növbəsində mədən yanacaqlarına olan tələbatı azaltmağa kömək edir.

Məqalə müəllifləri əlavə edib ki, Avropada elektrik enerjisi istehsalının həcmini proqnozlaşdırmaq və tənzimləmək mümkün deyil, çünki yerli hakimiyyət orqanları bərpa olunan enerji mənbələrindən istifadə edən şirkətləri həvəsləndirir. Bəzən bazarda təklif artıqlaması olur. Bu səbəbdən fabriklər üçün elektrik enerjisindən istifadəyə görə istehlakçılara əlavə ödəniş etmək istehsalı bir neçə saat dayandırmaqdan daha asandır.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki