image-ads_n1karobka_mobile
image-7d3b03c0a5c79840b6846494a625b537backend

Avropada qazın qiyməti 2210 dolları ötüb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 2210 ABŞ dollarını ötüb.

  10 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 211,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 8,6% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki