image-n1karobka_ads
image-123
image-688270backend

Avtomobil qaçıran şəxslər saxlanılıblar

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə mayın 9-da saat 4 radələrində Hökməli qəsəbəsindən R.Misirovun “Opel” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Gədəbəy rayon sakini O.Gülməmmədov tərəfindən qaçırılması müəyyən edilmiş və o, Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılmışdır.

Abşeron Rayon Polis İdarəsinə mayın 5-nə keçən gecə Pirəkəşkül qəsəbəsindən qəsəbə sakini N.Xanlarovun “VAZ-21099” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini İ.Məmmədov müəyyən edilərək saxlanılmışdır.

Salyan Rayon Polis Şöbəsinə mayın 5-də şəhər ərazisindən A.Baxışovun “Toyota” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini P.Məmmədov müəyyən edilərək saxlanılmışdır.

Hər üç faktla bağlı rayon polis şöbələrində araşdırmalar aparılır.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki